Amerika administrasiyası Nikaraqua prezidenti Daniel Orteqanın oğlu Laureano Orteqa, həmçinin yerli “Bancorp” bankına (Banco Corporativo SA) qarşı sanksiya tətbiq edir.

Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton çərşənbə günü Mayamidə “Fox News” televiziyası ilə yayımlanan verilişdə deyib.

“Elan etməyə şadam ki, Birləşmiş Ştatlar bu gün “Bancorp”a, [Nikaraqua prezidenti Daniel] Orteqanın “qara xəzinəsi”nə qarşı sanksiyalar tətbiq edəcək. Bu gün biz həmçinin rejimin varisi olan və böyük korrupsiya sxemlərinə cəlb olunan Laureano Orteqaya qarşı sanksiyaları elan edirik”, – deyə Bolton bildirib.

ABŞ prezidentinin köməkçisi həmçinin qeyd edib ki, Vaşinqton Venesuela Milli Bankına qarşı sanksiyalar, həmçinin Kubada qohumları olmayan amerikalıların oraya səfər etmələrinə məhdudiyyət tətbiq edir.

İstinadlar Report