ABŞ-da hər iki partiyadan olan konqresmenləri Vaşinqton administrasiyasını ATACMS operativ-taktiki raket sistemlərini dərhal Kiyevə təhvil verməyə çağıran qətnamə təqdim edib.

Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin mətbuat xidmətinin bəyanatında deyilir.

Qətnaməni bir sıra respublikaçı və demokrat konqresmenlər dəstəkləyib.

“Ukraynaya müharibədə qalib gəlmək üçün lazım olan silahları verməməklə administrasiya müharibəni uzadır”, – komitə sədri Maykl Makkol deyib.

İstinadlar Report