
ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya 12,4 milyard dollar əlavə yardımı nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Məlumat ABŞ qanunvericilik orqanının aşağı palatasının saytında yayımlanıb.
Sentyabrın 29-da ABŞ Senatı Ukraynaya 12,4 milyard dollarlıq yardım paketinin ayrılmasına səs verib. İndi onu ABŞ prezidenti Cozef Bayden imzalamalıdır.
Qeyd edilir ki, 7,8 milyard dollar müdafiə ehtiyaclarına, 4,5 milyard dollar isə birbaşa ölkə büdcəsinə ayrılacaq.