ABŞ Konqresinin Nümayəndələr Palatasının Demokratlar Partiyasından olan üzvlərindən ibarət nümayəndə heyəti Tayvana səfərə gəlib.

Bu barədə adanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Merilin Striklandın (Vaşinqton ştatı) başçılıq etdiyi nümayəndə heyəti dörd qadın parlamentaridən ibarətdir. Buraya Culia Braunli (Kaliforniya), Cill Tokuda (Havay), Jasmin Kroket (Texas) daxildir. Səfər avqustun 11-dən 15-dək davam edəcək.

Nümayəndə heyətini Tayvan administrasiyasının rəhbəri Lay Sinde və onun müavini Syao Meytsin, həmçinin adanın xarici işlər naziri Lin Szyalun qəbul edəcək. Bu təmaslar zamanı Amerika nümayəndə heyəti ABŞ və Tayvan arasında əməkdaşlıq, Tayvan boğazında və bütövlükdə regionda təhlükəsizlik məsələlərini müzakirə etməyi planlaşdırır.

İstinadlar Report