Pentaqon rəsmiləri konqresmenlərə ABŞ hərbi texnikasının Uçan Naməlum Obyektlərlə (NUO-UFO) toqquşması ilə bağlı on bir hadisə barədə məlumat veriblər.

Konqresin Nümayəndələr Palatasının kəşfiyyat üzrə xüsusi komitəsinin alt komitəsində keçirilən açıq dinləmədə ABŞ Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat üzrə direktor müavini Skot Breydən Amerika hərbi texnikasının UNO-larla toqquşması hallarının olub-olmaması soruşulub.

“Bizim heç bir toqquşmamız olmayıb. Ancaq bunun az qala baş verdiyi ən azı on bir hadisə var idi”-deyə, Pentaqon rəsmisi bildirib.

İstinadlar Report