ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson (Luiziana ştatından olan respublikaçı) Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) rəhbəri Alexandro Mayorkasın impiçmenti haqqında maddəni imzalayıb.

O, müvafiq bəyanatı “X”dəki səhifəsində yayıb.

“Bu gün mən nazir Mayorkasa qarşı impiçment maddələrini imzaladım. Sabah onlar Senata göndəriləcək”, – o qeyd edib. Conson ABŞ-nin cənub sərhədindəki böhranı “bir nömrəli problem” adlandıraraq, “bunun arxasında duranların məsuliyyətə cəlb edilməsinin zəruriliyini” qeyd edib.

İstinadlar Report