Gələn həftə ABŞ Konqresinə Rusiyanın bank və enerji sektorlarına qarşı sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsi təqdim ediləcək.

Bunu sənədin müəllifi, respublikaçı senator Lindsi Qrem “Fox News” telekanalına müsahibəsində bildirib.

“Əgər onlar (Rusiya – Qeyd) atəşkəs və sülh danışıqları ilə razılaşmasalar, biz onlara qarşı sanksiyalar tətbiq etməliyik. Gələn həftə mənim bununla bağlı qanun layihəm olacaq”, – deyə o vurğulayıb.

Senator əlavə edib ki, o, ABŞ-da Kiyevə hərbi yardım və kəşfiyyat məlumatlarının verilməsində fasilədən narahatdır:

İstinadlar Report