ABŞ Konqresi Rusiyanın Ukraynadakı müharibəsini soyqırımı kimi tanıyan ikitərəfli qətnamə layihəsi hazırlayıb.

Qətnamədə iddia edilir ki, Ukrayna vətəndaşlarının heç bir fərq qoymadan öldürülməsi, doğum evlərinə və xəstəxanalara hücumlar, yüz minlərlə insanın deportasiyası BMT-nin müvafiq Konvensiyasında nəzərdə tutulmuş soyqırımı meyarlarına cavab verir.

Nəşr qeyd edir ki, qətnamə hüquqi qüvvəyə malik deyil, lakin bu, Rusiyanın hərəkətlərinin pislənməsinə işarədir və Konqres üzvlərinin Ukraynaya davamlı dəstək göstərmək səylərini özündə əks etdirir.

İstinadlar Report