ABŞ administrasiyası Ukraynaya tədarük edilən silahlara nəzarətin həyata keçirilməsini həyati vacib hesab edir.

Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki respublikaçı senator Rend Polun Ukraynaya əlavə yardımın (40 milyard ABŞ dolları – Red) ayrılması ilə bağlı sürətli səsvermənin qarşısını almaq qərarını şərh edərkən bildirib

Senator qanun layihəsinə bu məbləğin və xüsusən də Kiyevi silahla təchiz etmək üçün istifadə olunan vəsaitlərin xərclənməsinə nəzarət edəcək aparatın yaradılması ilə bağlı düzəlişin daxil edilməsinə israr edib.

İstinadlar Report