ABŞ Kiyevdəki səfirliyə əlavə hərbi müşavirlər göndərməyi planlaşdırır.

Bu barədə Pentaqonun mətbuat katibi Hərbi Hava Qüvvələrinin generalı Patrik Rayder “Politico”ya deyib.

Sözçü bildirib ki, müşavirlər hərbi vəzifələri yerinə yetirməyəcək, Ukrayna hökumətinə və ordusuna məsləhət verəcəklər.

“Münaqişə boyu Müdafiə Nazirliyi təhlükəsizlik şərtlərinin dəyişməsi ilə əlaqədar ölkədə mövcudluğunu nəzərdən keçirərək düzəliş edib. Hazırda səfirlikdəki Müdafiə Əməkdaşlığı Ofisinin genişləndirilməsi üçün bir neçə əlavə müşavir göndərməyi düşünürük”, – o açıqlayıb.

İstinadlar Report