“Rusiya ordusunda çoxsaylı problemlər mövcuddur, canlı qüvvə çatışmazlığı onlardan biridir”.

Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns CBS-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin 300 min əsgəri səfərbər edə bilsə belə, bu, onların top yemi kimi cəbhəyə atılması demək deyil: “Səfərbər olunanların çoxunun yaxşı təlim keçməyəcəyi, lazımi hərbi silahla təchiz olunmayacağı da probemlərdəndir. Onların maddi-texniki təminata ehtiyacı var. Putinin ordusunun çoxlu problemləri var və canlı qüvvə onlardan yalnız biridir”.

U.Börns Rusiya Prezidentinin nüvə təhdidlərini də şərh edərək deyib ki, indi bunun blef olub-olmadığını demək çox çətindir: “ABŞ kəşfiyyatı nüvə silahından istifadəyə hazırlıqla bağlı heç bir əməli sübut tapmayıb. Bizim görəcəyimiz iş bunu çox ciddi qəbul etmək, real hazırlıq əlamətlərini izləməkdir”.

İstinadlar Report