ABŞ Prezidenti Donald Trampın Bayden administrasiyasının ağır MK-84 bombalarının İsrailə tədarükünə qoyulmuş qadağanı aradan qaldırdıqdan sonra onların bir partiyası Aşdod hava limanına çatdırılıb.

Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“ABŞ hökumətinin təsdiqlədiyi 2 min kiloluq ağır bomba yükü İsraildə qəbul edilərək boşaldılıb. MK-84 ağır sursatları daşıyan gəmi Aşdod limanına yanaşaraq boşaldılıb. Sursat onlarla yük maşınına yüklənərək İsrail Hərbi Hava Qüvvələrinin bazalarına daşınıb”, – məlumatda bildirilir.

İsrailin müdafiə naziri İsrael Katz deyib ki, bu ABŞ ilə möhkəm ittifaqın daha bir sübutudur.

İstinadlar Report