
İsrail vətəndaşları bu ilin noyabrından ABŞ-a vizasız səfər edə bilərlər.
Bu barədə İsrailin xarici işlər naziri Eli Koen “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Nazirlik rəhbərinin sözlərinə görə, vizasız rejim başladıqdan sonra İsrail vətəndaşları ABŞ-a səyahət etmək üçün yalnız onlayn rejimdə xüsusi anket doldurmalı, 21 dollar ödəyərək üç gün ərzində ölkəyə giriş icazəsi almalıdırlar.