Amerika Birləşmiş Ştatları Livan sərhədində vəziyyətin kəskin pisləşməsinə baxmayaraq, hələ də İsrail və “Hizbullah” arasında genişmiqyaslı döyüşlərin qaçılmaz olduğuna inanmır.
Bu barədə Ağ Evin sözçüsü Karine Jan-Pyer bildirib.
“Genişmiqyaslı müharibənin qaçılmaz olduğuna inanmırıq. Və inanırıq ki, bundan hələ də qaçmaq olar”, – ABŞ prezidentinin sözçüsü bildirib.