ABŞ və İsrailin “Juniper Oak 2023” hərbi təlimləri bu il iki ölkə arasında ən böyük birgə manevr olacaq, onlara 140 təyyarə və 12 gəmi, həmçinin HIMARS MLRS reaktiv yaylım atəşi sistemləri cəlb olunacaq.

Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun sözçüsü Patrik Rayder deyib.

“Bu, bizim birlikdə iştirak etdiyimiz ən böyük və ən əhəmiyyətli təlimdir, ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyinin sarsılmaz, davamlı olduğunu nümayiş etdirmək üçün nəzərdə tutulub”, – o deyib.

“Həftə ərzində 140 təyyarə, 12 gəmi, HIMARS çoxsaylı buraxılış raket sistemləri cəlb olunacaq”, – ABŞ hərbi qurumunun nümayəndəsi vurğulayıb.

İstinadlar Report