Rəsmi Vaşinqton İraqı neft satışından əldə etdiyi gəlirlərin saxlanıldığı ABŞ hökumətinin bank hesabına girişdən məhrum etməklə hədələyib.

Bu barədə məlumatı “Wall Street Journal” İraqdakı mənbələrə istinadən verib.

Qeyd olunub ki, rəsmi Vaşinqton İraq rəsmilərinə, ABŞ qoşunlarının ölkədən çıxarılacağı təqdirdə Nyu-Yorkun Federal Ehtiyat Bankındakı (Federal Rreserve Bank of New York) hesaba giriş əldə bilməyəcəkləri barədə xəbərdarlıq edib.

Müvafiq xəbərdarlıq İraqın Baş Naziri vəzifələrini icra edən Adel Abdul Mehdiyə də çatdırılıb.

Qəzet qeyd edir ki, Amerika hakimiyyətinin belə bir addımı İraq iqtisadiyyatına ciddi ziyan vura bilər. Bank hesabında saxlanılan məbləğin miqdarı barədə məlumat verilməyib.

İstinadlar Report