
ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonun İranın sabiq prezidenti Mahmud Əhmədinejada (2005-2013) və ölkənin Kəşfiyyat Nazirliyinə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb.
Bu barədə Amerika liderinin bəyanatında deyilir.
“Bu gün biz keçmiş prezident Mahmud Əhmədinejada və İranın Kəşfiyyat Nazirliyinə qarşı sanksiyalar tətbiq edirik. İranı regiondakı təxribatçı hərəkətlərinə görə məsuliyyətə cəlb etməyə davam edəcəyik”, – bəyanatda bildirilir.