ABŞ administrasiyası İranın neft və neft-kimya məhsullarının ticarətində iştirak etdiyi iddia olunan, İran, BƏƏ və Türkiyədə yerləşən 7 quruma sanksiya tətbiq edib.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Dövlət Departamenti İranın neft məhsulları və neft-kimya məhsullarının ticarəti ilə məşğul olan 7 quruma qarşı sanksiyalar tətbiq edir”, – sənəddə deyilir. İki gəminin də sanksiyalara məruz qaldığı qeyd edilir.

“Prezident Tramp maksimum təzyiq kampaniyası çərçivəsində İranın qeyri-qanuni neft və neft-kimya məhsullarının ixracını, o cümlədən Çinə ixracını sıfıra endirmək niyyətindədir”, – sənəddə vurğulanır.

İstinadlar Report