“ABŞ-ın Suriyaya endirdiyi hava zərbələri İrana və digərlərinə Amerika maraqlarına qarşı hərəkətlərin cəzasız qalmayacağına işarə edir”.

Bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

“Bizim hücumlara, həm də davam edən açıq təhdidə cavab verməyimiz lazım idi”-deyə, diplomat deyib.

Qeyd edək ki, ABŞ Suriyada İranın Silahlı Qüvvələrinə məxsus olduğu bildirilən hərbi obyektlərə hava zərbələri endirib. Məlumata görə, aviazərbələr ABŞ-ın İraqdakı obyektlərinə endirilmiş hücumlara cavab olub.

İstinadlar Report