ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İrana qarşı sanksiyaları daha da genişləndirib.

Bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo məlumat verib.

Onun sözlərinə görə, İranın üç nəqliyyat şirkəti “qara siyahı”ya salınıb.

İstinadlar Report

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İranla bağlı sanksiya siyahısını genişləndirib.

Siyahıya İran, Hindistan, Livan və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları olan 9 fiziki şəxs daxil edilib.

Həmçinin Hindistanın “Vaniya Ship Management Private Ltd”, “Bushra Ship Management Private Ltd”, BƏƏ-nin “14 Star Ship Management L.L.C.” şirkətləri daxil olmaqla nəqliyyat və enerji sektorlarına aid 16 şirkət, habelə adıçəkilən şirkətlərlə və İranla bağlı 6 tanker gəmisi sanksiya siyahısına daxil edilib.

İstinadlar Report

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ İranın bir sıra təşkilatlarına və fiziki şəxslərinə qarşı sanksiyaları genişləndirib.

Bu barədə ölkənin Maliyyə Nazirliyinin məlumat yayıb.

Qeyd edilir ki, sanksiyalar 14 təşkilata və fiziki şəxslərə aiddir. Nazirliyin məlumatına görə, sanksiya siyahısına Amerika tərəfinin İranın terror fəaliyyətində və nüvə proqramında iştirakı hesab etdiyi şəxslər, təşkilatlar salınıb.

İstinadlar Report

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

ABŞ prezidenti administrasiyası İrana qarşı yeni sanksiyalar tətbiq edib

Sanksiya siyahısına 18 fiziki və hüquqi şəxs daxil edilib.
Sanksiyaların ballistik raketlərin istehsalı ilə əlaqəli olan şəxslər və qurumlara qarşı qəbul edildiyi qeyd olunur. Siyahıya İran ordusu və İran İnqilab Keşikçiləri Korpusuna dəstək göstərən şəxslər və təşkilatlar habelə ölkədə fəaliyyət göstərən adı çəkilməyən “kriminal qruplaşma” daxil edilib.