ABŞ Dövlət Departamenti İranın raket potensialının yaxşılaşdırılmasına qarşı yönəlmiş proqrama 5 milyon ABŞ dolları ayırmaq niyyətindədir.

Bu barədə Dövlət Departamentinin Beynəlxalq Təhlükəsizlik və Yayılmama Bürosunun sənədində deyilir.

Dövlət Departamentindən qeyd edilib ki, İran raket potensialını yaxşılaşdırmağa davam edir və Tehranın bu kimi fəaliyyəti, amerikalı ekspertlərin fikrincə, ABŞ-ın milli təhlükəsizliyinə təhdiddir və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.

Dövlət Departamenti həmçinin nüvə silahlarının qanunsuz daşınması və yayılmasının maliyyələşdirilməsinə, həmçinin ballistik raketlərin hazırlanması ilə bağlı kibercinayətkarlıq və texnologiyaların və materialların ötürülməsinə qarşı mübarizə tədbirlərinin hazırlanmasında maraqlıdır.

Proqramın şərti olaraq 1 oktyabr 2021-ci ildə başlanılması planlaşdırılır. Təşəbbüsün həyata keçirilmə müddəti 12 aydır, ümumi büdcə 5 milyon ABŞ dollarıdır (25 min – 250 min dollar aralığında dəyişən qrantlar).

İstinadlar Report