
Birləşmiş Ştatlar helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin xatirəsinə həsr olunacaq BMT Baş Assambleyasının (BA) cümə axşamı keçiriləcək iclasını boykot edəcək.
“Biz bu tədbirdə iştirak etməyəcəyik”, – adının açıqlanmasını istəməyən amerikalı məmur açıqlayıb. O hesab edir ki, BMT “İran xalqını dəstəkləməlidir, onilliklər boyu iranlılara zülm edən birinin xatirəsini hörmətlə yad etməməlidir”.
Xatirə toplantısının mayın 30-da saat 10:00-da (Bakı vaxtı ilə 18:00) keçirilməsi nəzərdə tutulub. BA ənənəvi olaraq vəzifədə olarkən vəfat etmiş hökumət liderlərinin xatirəsini yad etmək üçün belə görüşlərdə toplanır.