
ABŞ İran neftinin ixracına mane olmaq üçün Tehrana təzyiqi artırmaq niyyətindədir.
Bu barədə ABŞ dövlət katibi Antoni Blinken Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində keçirilən dinləmələrdə bildirib.
“Biz onun neft ixracını pozmaq üçün günbəgün çalışırıq. Daha əvvəl qeyd etdim ki, 200-dən çox şirkətə və fiziki şəxsə qarşı sanksiyalar tətbiq etdik, 50-dən çox gəmini blokladıq və digər tankerləri müəyyənləşdirməyə davam edirik”, – Blinken deyib.