ABŞ Maliyyə Nazirliyi İran neftinin nəqlində iştirak edə biləcəyi güman olunan Çin, Malayziya və Tailandın yük gəmilərinə sahib olan şirkətləri sanksiyalar siyahısına əlavə edib.

Bu barədə qurumun Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatında bildirilir.

Məlumata görə, ümumilikdə 7 şirkət Maliyyə Nazirliyinin Xüsusi Təyin edilmiş Vətəndaşlar və Qadağan olunmuş Şəxslər (Specially Designated Nationals and Blocked Persons, SDN) siyahısına daxil edilib. Onların arasında Honkonq, Panama və Marşal adalarından olan hüquqi şəxslər də var.

“Bundan əlavə, beş neft daşıyan gəmi də sanksiyalara məruz qalıb”, – məlumatda qeyd olunur.

İstinadlar Report