ABŞ və İran arasında yüksək səviyyəli birbaşa olmayan görüşün üçüncü raundu texniki məsləhətləşmələrdən sonra aprelin 26-da Omanın paytaxtı Maskatda başlayacaq.

Məlumatı xarici KİV yayıb.

Bildirilib ki, iki ölkənin mütəxəssislərindən ibarət heyət İran nüvə proqramı üzrə potensial razılaşmanın detallarını müzakirə edəcəklər.
Məlumata görə, siyasi danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Ərakçi ABŞ təmsilçilərinə isə prezidentin xüsusi səfiri Stiven Uitkoff rəhbərlik edir.

Mütəxəssislərin danışıqlarına ABŞ-ni Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktoru Maykl Enton, İranı isə xarici işlər nazirinin müavinləri Məcid Təxt-Rəvançi və Kazem Qəribabadi təmsil edirlər.

İstinadlar Report