ABŞ-ın yeni Prezidenti Co Bayden iqtisadiyyat sahəsinə rəhbərlik edəcək heyətini və bu sahədə ona məsləhət verəcək şəxsləri ictimaiyyətə təqdim edib.

O, maliyyə naziri vəzifəsinə ABŞ Mərkəzi Bankının (Fed) keçmiş rəhbəri, 74 yaşlı Canet Yelleni təyin edəcəyini təsdiqləyib. Təyinat ABŞ Senatı tərəfindən təsdiqlənərsə, Yellen ölkə tarixində ilk qadın maliyyə naziri olacaq.

Yeni ölkə başçısı əslən Hindistandan olan Neera Tandeni Ağ Evin Büdcə və İdarəetmə Mərkəzinin direktoru, Sesiliya Rausu isə İqtisadi Məsləhətçilər Şurasının sədri təyin edəcək.

Eyni zamanda Bayden xalqın rifahını yaxşılaşdırmaq üçün Konqresi iqtisadi yardım paketi qanununu qəbul etməyə çağırıb.

İstinadlar Qafqazinfo