“Ukrayna rəsmiləri avqustun 9-da Krımda baş verən hücumu ölkələrinin cənub istiqamətindəki əks-hücumlarının başlanğıcı kimi qiymətləndirir. Onların sözlərinə görə, avqust və sentyabr aylarında müharibənin növbəti mərhələsinin nəticəsini həll edə biləcək intensiv döyüşlər gözlənilir”.

Bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu (MAİ) məlumat yayıb.

“Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 10-da bildirib ki, müharibə Krımla başlayıb və onun azad edilməsi ilə bitməlidir. Rusiya rəsmiləri avqustun 9-da Krımda baş verən və nəticədə azı 8 təyyarənin məhv olduğu partlayışla bağlı çaşqınlıq içindədirlər”.

İstinadlar Report