“Kremlin Krımda baş verən partlayışlara görə Ukraynanı günahlandırmaq üçün heç bir motivi yoxdur”.

Bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu (MAİ) məlumat yayıb.

Qeyd olunub ki, bu, artıq “Moskva” kreyserinin batmasından sonra növbəti dəfə Rusiyanın hava hücumundan müdafiə sistemlərinin effektivsizliyini bir daha nümayiş etdirəcək: “İki fərqli yerdə partlayışların eyni vaxtda olması, ehtimal ki, Rusiyanın rəsmi versiyası olan təsadüfi yanğın fərziyyəsini istisna edir. Lakin bu, nə təxribat, nə də uzaqmənzilli raket hücumunu istisna etmir”.

İstinadlar Report