ABŞ Ukraynaya 100-dən çox generator, kogenerasiya qurğuları və ondan çox təcili yardım maşını bağışlayıb.

Bu barədə ABŞ-nin Ukraynadakı səfiri Bricit Brink sosial şəbəkədə yazıb.

“Rusiyanın Ukraynanın enerji infrastrukturuna qəddar hücumlarını davam etdirməsi fonunda USAID 109 generator, 19 istilik enerji kogenerasiya qurğusu və 13 təcili yardım maşını çatdırıb”, – Brink bildirib.

İstinadlar Report