ABŞ-ın Ukraynadakı Səfirliyi Kiyevdə işini bərpa edib.

Səfirliyin üzərində ABŞ bayrağı yenidən qaldırılıb.

Diplomatik missiyanın sözçüsü Daniel Langenkamp deyib ki, əvvəlcə az sayda diplomat Kiyevə qayıdacaq.

Onun sözlərinə görə, konsulluq əməliyyatları dərhal bərpa oluna bilməz və Dövlət Departamentinin Ukraynaya səyahətə qadağa qoyulması ilə bağlı tövsiyəsi qüvvədə qalır.

İstinadlar Report