ABŞ-ın Suriya məsələləri üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri ilə ABŞ dövlət katibinin İŞİD və Suriya məsələləri üzrə köməkçisinin müavini, xüsusi səfir Coel Reybern aprelin 30-da Türkiyəyə səfər edəcək.

Bu barədə ABŞ-ın Dövlət Departamenti açıqlama yayıb.

Görüşlərdə ABŞ-ın Suriyadakı fəaliyyətini azaltdıqdan sonra bu Ərəb Respublikasının şimalında Türkiyənin təhlükəsilziyinin qanun çərçivəsində qorunması müzakirə olunacaq.

Açıqlamada o da vurğulanıb ki, Suriyanın şimalında sabitlik və təhlükəsizliyin qorunması, İŞİD ilə bağlı məsələlər müzakirə olunacaq mövzulardandır.

Səfər mayın 2-dək davam edəcək.

C.Ceffrinin başçılıq etdiyi nümayəndə heyəti Ankara ziyarətindən sonra İsveçrənin Cenervrə şəhərində Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və Böyük Britaniytanın xüsusi səfirləri, Suriyanın bir sıra qrupları ilə görüşlər keçirəcək.

Qeyd edək ki, apreılin 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Donald Tramp arasında telefon danışığı olub.

İstinadlar Report