ABŞ-ın Orta və Yaxın Mənzilli Raketlərin Ləğvinə dair Müqavilədən (qısaca İNF müqaviləsi – İntermediate-Range Nuclear Forces Treaty) çəkilməsi məsələsi MDB Xarici İşlər Nazirləri Şurasının aprelin 5-də Moskvada keçiriləcək növbəti iclasında müzakirə olunacaq.

Bunu Rusiya Federasiyasının MDB Nizamnamə Qurumları nəzdində daimi nümayəndəsi Andrey Qrozov bildirib.

“Bəli, bu məsələ Atlantikdən Uraladək olan məkanda strateji sabitlik və təhlükəsizliyin təmin olunması baxımdan aktualdır”, – rusiyalı diplomat deyib.

Xatırladaq ki, ABŞ hökuməti bu il fevralın 2-də Rusiyanın İNF müqaviləsini “əhəmiyyətli şəkildə” pozduğunu əsas gətirərək bu müqavilədən çəkildiklərini açıqlamışdı.

İstinadlar Report