
ABŞ-da kommersiya məqsədli neft ehtiyatları ötən həftə 4,14 milyon barel artaraq 452,69 milyon barelə çatıb.
Bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
Benzinin əmtəə ehtiyatları 2,58 milyon barel artaraq 234,6 milyon barel təşkil edib.
Kommersiya məqsədli distillat ehtiyatları 2,32 milyon barel artaraq 117,59 milyon barelə çatıb.