İsveçrənin Tehrandakı səfirliyinin əməkdaşı İran paytaxtının rayonlarından birində yerləşən çoxmərtəbəli binadan yıxılaraq ölüb.

Bu barədə çərşənbə axşamı İranın ISNA agentliyi məlumat yayıb.

Tehranın fövqəladə hallar xidmətinin nümayəndəsinin sözlərinə görə, bədbəxt hadisə baş verib: 51 yaşlı qadın Kamraniya bölgəsindəki çoxmərtəbəli binanın damından yıxılıb. Yerli həkimlər hadisə yerində onun ölümünü qeydə alıblar. O da bildirilib ki, isveçrəli qadının meyiti məhkəmə-tibbi ekspertlərinə təhvil verilib.

İstinadlar Report