ABŞ ordusunda mövcud olan lazer sistemləri hipersəs silahlarına qarşı istifadə edilə bilməz.

Bu barədə “The National Interest” portalı məlumat yayıb.

Əsas məhdudlaşdırıcı amil lazerlərin gücüdür.

Lazer silahlarının gücü hipersonik raketlərin hədəfinə çatmasının qarşısını almaq üçün ən azı 1 min kVta çatmalıdır. Bu, ABŞ-ın ən qabaqcıl taktiki lazer sistemlərinin gücündən üç dəfə çoxdur.

Digər maneə bu cür sistemlərin istifadə oluna biləcəyi qısa məsafədir. Havanın çirklənməsi, qum, tüstü, su buxarı və digər maddələr lazer şüalarına səpələyici təsir göstərərək, onların əhatə dairəsini 1 mil (təxminən 1,6 km) məhdudlaşdıra bilər.

İstinadlar Report