Amerikanın koronavirus əleyhinə yeni vaksini gələn həftə yerli tənzimləyicisi tərəfindən bəyəniləcək, sonra ölkədə əhalinin peyvənd edilməsinə başlanılacaq.

Belə əminliklə Corciya ştatında tərəfdarları qarşısında çıxış edən ABŞ prezidenti Donald Tramp çıxış edib.

“Və onlar (bəyənilmə) gələn həftə başlanacaq. Və biz vaksinləməyə başlayacağıq”, – dövlət başçısı deyib.

Trampın fikrincə, onun administrasiyasının səyləri sayəsində ABŞ-da vaksinin hazırlanılması prosesi inanılmaz dərəcədə sürətli olub. “Başqa administrasiyada bu, beş il vaxt aparardı. Bizə yeddi ay lazım oldu”, – respublikaçı dövlət başçısı əminliyini ifadə edib.

İstinadlar Report