ABŞ İranla əlaqələrinə görə sanksiya tətbiq etdiyi İraq vətəndaşları və şirkətinin adı məlum olub.

Mərkəzi ofisi Bağdadda yerləşən Cənub Sərvətləri Resurs Şirkəti (SWRC), bu müəssisənin rəhbərləri – İraq vətəndaşları Əbd Al Hamd Asadi və Muhammed Husayn Salih al-Hasani “qara siyahı”ya daxil edilib.

Məlumata görə, onlar İran İnqilab Keşikşiləri Qvardiyasının Qüds qoluna yüz milyonlarla dollarlıq silah ötürülməsinə yardım etməkdə ittiham olunurlar.

Bildirilib ki, İraqın bu iki vətəndaşı və şirkəti İran İnqilab Keşikçiləri Qvardiyasının Qüds qoluna yardım ediblər. İranın bu silahlı birləşməsi ABŞ-ın terrorçu təşkilatlar siyahısındadır.

Qeyd edək ki, ötən gün İran prezdenti Həsən Ruhani ABŞ-la danışıqlara başlamaq üçün şərtləri açıqlayıb. İslam Respublikası hökumətinin başçısı bildirib ki, Vaşinqtonun Tehrana tətbiq etdiyi neft sanksiyalarının ləğvi danışıqlara yola aça bilər. Onun sözlərinə görə, ABŞ yaxın zamanda İrana qarşı neft sanksiyalarını aradan qaldırmayacaq.

İstinadlar Report