ABŞ-ın quru qoşunlarına məxsus vertolyot Kaliforniya ştatında yerə düşüb.

 

Qəza zamanı iki heyət üzvü həlak olub. Qəzanın səhrada baş verdiyi bildirilir. Hadisənin səbəbləri hələlik dəqiqləşdirilməyib.

AH-64 “Apache” vertolyotunun təlim uçuşu həyata keçirdiyi bildirilir. Hadisə ilə əlaqədar təhqiqata başlanılıb.

Telekanal qeyd edib ki, bu, cari ildə Amerika hərbçilərinin ölümünə səbəb olan ilk bədbəxt hadisədir.

İstinadlar Report