ABŞ ordusunun hərbçisi İraqda həlak olub.

Bu barədə “Marine Times” məlumat yayıb.

Məlumata görə, ABŞ-ın Dəniz Piyadaları Korpusunnun hərbi qulluqçusu, çavuş Skott Koppenhafer silahlıların açdığı atəş nəticəsində həlak olub. Qeyd edilir ki, 35 yaşlı Kolorado əsilli hərbçi “Sarsılmaz qətiyyət” əməliyyatı çərçivəsində hərbi tapşırığı icra edərkən Neynəva vilayətində ağır xəsarət alıb. O, aldığı xəsarətdən ölüb.

Hərbçinin ölümü ilə bağlı təhqiqat aparılır. Jurnalistlər qeyd ediblər ki, Koppenhafer 2018-ci ildə “dəniz piyadalarının ən yaxşı xüsusi təyinatlısı” seçilib.

O, Dəniz Piyadaları Korpusunda 2005-ci ildən xidmət edib.

İstinadlar Report