ABŞ-ın dövlət katibi Maykl Pompeo yenidən Yaxın Şərqə səfər edəcək.

O, yaxın günlərdə Küveytə səfəri barədə ölkənin xarici işlər naziri Sabah əl-Xalid əl-Hamad əs-Sabahla telefonla danışıb.

M.Pompeo bildirib ki, yaxın qohumlarından biri vəfat etdiyindən təxirə saldığı Küveytə səfərini başa çatdıracaq.

Qeyd edək ki, ABŞ-ın dövlət katibi Yaxın Şərqə səfəri çərçivəsində İraq, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Səudiyyə Ərəbistanı, Oman və İsraildə səfərdə olub. O, Omandan sonra Küveytə səfər etməli imiş.

İstinadlar Report