
ABŞ-ın dövlət borcu ilk dəfə 33 trilyon dolları keçib.
Bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.
Maliyyə Nazirliyinin internet saytındakı məlumat bazasında “ümumi dövlət borcu” qrafasında sentyabrın 18-nə bu məbləğ 33,04 trilyon ABŞ dolları kimi göstərilib.
Bu, Amerikanın dövlət borcu üçün rekord göstəricidir.