ABŞ-ın Detroyt şəhərində polis zorakılığı nəticəsində afroamerikalının həlak olmasına etiraz əlaməti olaraq keçirilən aksiya zamanı 1 nəfər həlak olub, 40-dan çox insan saxlanılıb.

Polis rəhbəri qeyd edib ki, naməlum şəxslər toplaşmış etirazçılara avtomobildən atəş açıblar. Bu zaman 1 nəfər ölüb. Onun sözlərinə görə, polis atəş açanların kim olduğunu bilmir, lakin həmin şəxslər polis əməkdaşları olmayıb. Hazırda silahlı şəxslər axtarılır.

Qeyd edək ki, artıq bir neçə gündür Minneapolisdə və digər şəhərlərdə etiraz aksiyaları keçirilir. Qarışıqlıqlara səbəb polisin zorakılığı nəticəsində afroamerikalı Corc Floydun həlak olmasıdır.

İstinadlar Report