II Dünya müharibəsi dövründə ABŞ tərəfindən Slovakiyanın paytaxtı Bratislava şəhərinə atılan partlamamış aviabomba aşkarlanıb.

Bu barədə yerli “Pravda” nəşri məlumat yayıb.

Yaxınlıqdakı evlərdə və inzibati binalarda olan insanlar təxliyə edilib, nəqliyyatın hərəkəti dayandırılıb. İstehkamçılar bombanı Bratislavanın kənarındakı xüsusi poliqonda məhv etmək niyyətindədirlər.

İstinadlar Report