Yeni Zelandiyada məscidlərə edilən hücumlar barədə informasiyanın yayılmasından sonra ABŞ-ın Los-Anceles, Nyu-York və Minneapolis şəhərlərində polis məscidlərin təhlükəsizliyini gücləndirib.

Bu barədə CNN xəbər verib.

Minneapolis polisi şəhərin məscidləri üçün açıq təhlükə olmadığını, lakin təhlükəsizliyi təmin etmək üçün əlavə patrul dəstələri ilə təmin olunduğunu bildirib.

Los-Anceles polisi Yeni Zelandiyanın Kraystçörç şəhərində “Əl-Nur” və “Linvud” məscidlərinə hücumdan sonra öldürülənlərin ailələrinə başsağlığı verərək, şəhərdəki məscidlərin əlavə polis qüvvələri ilə təmin ediləcəyini açıqlayıb.

Qeyd edək ki, Yeni Zelandiyada məscidlərdə atəş açılması nəticəsində 40 nəfər ölüb, 40 nəfər yaralanıb. Yaralıların 20-dən çox ağır vəziyyətdədir.

İstinadlar Report