ABŞ-ın İraqın paytaxtı Bağdaddakı səfirliyi yaxınlığında bir neçə raket partlayıb.

Bu barədə “Al Hadath” telekanalı xəbər verib.

Bildirilir ki, Bağdadın “Yaşıl zonası”nda 3 raket partlayıb. Məlumata görə, hücumla eyni vaxtda həyəcan siqnalı işə düşüb.

Hələlik xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilmir.

İstinadlar Report