İyunun 12-də Azərbaycan və Ermənistan, iki ölkə arasında və ümumilikdə Cənubi Qafqazda gərginliyi azaltmaq üçün vacib addımlar atıb.

Bu bəyanatla Xəzər Siyasət Mərkəzinin Məşvərət Şurasının üzvləri, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta və səfir Riçard Hoqland çıxış ediblər.

Bəyənatda bildirilir ki, Azərbaycan, ərazisinə qanunsuz keçdiyinə görə saxlanılan 15 Ermənistan vətəndaşını sərbəst buraxıb və Ermənistan Azərbaycanın nəzarətinə qayıdan ərazilərdə tank və piyada əleyhinə yerləşdirilən minaların xəritələrini təqdim edib:

“Mübadilə Gürcüstan-Azərbaycan sərhədində, Gürcüstan hökumət nümayəndələrinin iştirakı ilə baş tutub.

Hər iki ölkənin hərbi qulluqçularının beynəlxalq sərhədin demarkasiya olunmamış hissələrini keçməsindən başqa, Ermənistan vətəndaşlarının Azərbaycanda saxlanılması və Ermənistanın 1990-cı illərin əvvəllərindən bəri nəzarətdə saxladığı Dağlıq Qarabağ və digər regionlarda basdırılan minaların yerlərinin göstərildiyi xəritələr məsələsi yeni münaqişə üçün risk yaradıb.

Azərbaycanın, saxlanılan erməniləri geri qaytarması və Ermənistanın əvvəllər işğal olunmuş ərazilərin minalardan təmizlənməsinə yardım edəcək məlumatları təqdim etməklə bağlı qərarı Cənubi Qafqazda artan gərginliyin dayandırılmasında vacib rol oynayır.

Ümidvarıq ki, hər iki ölkə  davamlı sülhün qurulması yolunda daha qətiyyətlə irəliləyəcəklər.

12 iyun bəyanatında Azərbaycan Xarici İşlər Nazirliyi, ABŞ-ın Dövlət katibi Entoni Blinkenin, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin prosesə verdiyi töhfəni yüksək qiymətləndirir.

Şübhəsiz ki, Milli Təhlükəsizlik üzrə Müşavir  Cek Sallivanın hər iki ölkə lideri ilə söhbəti  də zəruri və müsbət rol oynayıb. Azərbaycan hökumətinin bəyanatında, humanitar fəaliyyətin həyata keçirilməsində roluna görə Gürcüstan hökuməti də təqdir edilir”.

İstinadlar Qafqazinfo