
ABŞ-da Aydaho ştatının Aydaho-Fols şəhərində baş verən yol qəzası nəticəsində azı 6 nəfər ölüb, onlarla insan yaralanıb.
Bu barədə yerli polis məlumat yayıb.
Qeyd olunub ki, hadisə şəhərin şimal-qərbində, 20 saylı magistralda baş verib. Belə ki, “Dodge Ram” markalı pikap ən azı 15 nəfəri daşıyan “Chevrolet” markalı mikroavtobusa çırpılıb.
Nəticədə mikroavtobusun sürücüsü və 5 sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüb, daha 9 sərnişin və pikapın sürücüsü isə yerli xəstəxanalara yerləşdiriliblər.
Magistral yol beş saat bağlı olub. Polis başqa təfərrüatları açıqlamayıb.