ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayıb – Red) müdafiə büdcəsi layihəsini 858 milyard dollar həcmində təsdiqləyib.

Təşəbbüs artıq onu təsdiqləmək üçün kifayət qədər səs toplayıb.

Müdafiə büdcəsi layihəsi Konqresin hər iki palatasının müvafiq komitələri tərəfindən razılaşdırılıb.

Təşəbbüs, digər məsələlərlə yanaşı, Ukraynaya təhlükəsizlik sahəsində kömək üçün ən azı 800 milyon, Avropaya isə 6 milyard dolların ayrılmasını nəzərdə tutur.

Sənədə əsasən Rusiya ilə qızılla bağlı əməliyyatlara görə sanksiyalar tətbiq ediləcək, hərbi sahədə əməkdaşlığa qoyulan qadağa daha beş il müddətinə uzadılacaq və raketdən müdafiə sistemləri ilə bağlı məlumat mübadiləsinə qadağa qoyulacaq.

Bundan əlavə, rəsmi Vaşinqton Rusiya Federasiyası nümayəndələrinin “İyirmiliklər qrupu” və bir sıra digər beynəlxalq təşkilatların tədbirlərində iştirakına mane olmaq niyyətindədir.

İstinadlar Report