ABŞ-ın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Ceff Flake Türkiyənin Xarici İşlər Nazirliyinə çağrılıb.

Səfirə ötən gün İstanbulda keçirilən aksiyada asayişin təmin olunması istiqamətində peşə vəzifələrini yerinə yetirən Türkiyənin hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı tutarsız iddialar və zor tətbiqetmə ilə bağlı ABŞ Səfirliyinin qeyri-dəqiq informasiya yaymasının Ankaranı narahat etməsi ifadə olunub:

“ABŞ-ın ölkəmizdəki səfirinə, Birləşmiş Ştatlarda polis qüvvələrinin mülki vətəndaşlara qarşı zorakılıq halları xatırladılaraq, siyasi partiyaların keçirdiyi mitinqlərin Türkiyə demokratiyasında özünəməxsus ənənə halına gəlməsi bildirilib”.

İstinadlar Report