ABŞ-ın Ohayo ştatının Akron şəhərinin hakimiyyəti küçə etirazlarından ehtiyat edərək iyulun 4-də Müstəqillik Günü münasibətilə kütləvi şənlikləri ləğv edib.

Bu barədə “The Washington Post” məlumat yayıb.

Bir neçə gün əvvəl qaydaları pozduğu üçün polis tərəfindən təqib edilən afroamerikalı şəxs güllələnib və bu, küçə etirazlarına səbəb olub.

25 yaşlı Ceyland Uokerə 90-dan çox güllə atılıb, onlardan 60-dan çoxu hədəfə dəyib. O, yerindəcə dünyasını dəyişib.

İstinadlar Report